Dünya

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

7 Dekabr 2019 13:09
1 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatındakı Pensakola hərbi-dəniz aviasiyası stansiyasında təhsil alan Səudiyyə Ərəbistanı vətəndaşı əsgər üç nəfəri öldürüb, səkkiz nəfəri isə yaralayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səudiyyəli əsgər bir saat davam edən əməliyyat nəticəsində təhlükəsizlik orqanları tərəfindən öldürülüb.

Bazada qeydiyyatda olmayan silahdan istifadə edən şəxsin Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində xidmətdə olan Məhəmməd Səid Əlşamrani olduğu müəyyən edilib. Əlşamrani siniflərin olduğu binanı hücum üçün hədəf seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.