Dünya

Məktəbli qızların yubkasının uzunluğunu ölçən direktorun səs yazısı yayıldı - VİDEO

7 Dekabr 2019 10:54
3 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə məktəblərdən birində qalmaqal yaşanıb. Qız şagirdlərin yubkasının uzunluğunu ölçən məktəb direktorunun səs yazısı yayılıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Siirt şəhərində baş verib. Səs yazısında direktor F.K.-nın şagirdləri təhqir etdiyi eşidilir: "Tərbiyəsiz, kəs səsini. Sən dənizə getmirsən, çimərlik paltarı ilə gələ bilməzsən bura. Sənin yataq otağın deyil bura. Yubkanı daraldaraq, qısaldaraq, baldırını göstərərək deyil. Saçın arxadan yığılmalıdır".

Məsələni Türkiyə Təhsil Nazirliyi nəzarətə götürüb. Bəyanatda Siirtdəki Anadolu Liseyində direktorun şagirdlərdən birini təhqir etdiyi, buna görə işindən kənarlaşdırıldığı bildirilir. Eyni zamanda, məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.