Dünya

Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi

8 Dekabr 2019 15:21
0 Şərh     Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ESA yaydığı açıqlamada NASA ilə birlikdə "Didymos" adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.

Təsdiq olunan birgə layihəyə görə, NASA-nın "DART" adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.

ESA-nın əməliyyatda iştirak edəcək "HERA" adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.

2021-ci ildə icrasına başlanılacaq layihə çərçivəsində "DART" milyarder iş adamı Elon Maskın sahibi olduğu "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə kosmosa göndəriləcək. Toqquşmanın 2022-ci ildə baş verəcəyi planlaşdırılır.

"HERA" isə araşdırmalara 2023 və ya 2024-cü ildə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.