Dünya

Suriyada ABŞ hərbi bazasına hücum olub

6 Dekabr 2019 18:54
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib.

Qeyd olunur ki, hücum Deyr əz-Zorda ABŞ hərbi bazalarının qeyri-qanuni fəaliyyət göstərdiyi "Omar" neft yatağının yaxınlığında təşkil olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hücum sözügedən əraziyə hərbi texnika daşıyan yük maşınlarının gəldiyi vaxta təsadüf edib. 

Kanal xəbər verir ki, ABŞ hərbçiləri hücuma artilleriya və işıq-səs qumbaraları ilə cavab veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.