Dünya

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

6 Dekabr 2019 18:19
1 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük ehtimalla Rusiya ilə Türkiyə 2020-ci ildə "S-400" "Triumf" sistemlərinin əlavə partiyasının alınması haqda sənədə imza atacaqlar.
 
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.

D.Şuqayev qeyd edib ki, tərəflər məsələ ilə bağlı sistemli iş aparır, hər iki ölkə bu sahədə əməkdaşlığı davam etdirmək istəyir. O, əlavə edib ki, Rusiya Türkiyəyə rəqabətli qiymətlər çərçivəsində döyüş qırıcıları təklif etməyə də hazırdır.

Dekabrın 2-də Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi bildirib ki, Türkiyə böyük ehtimalla Rusiyadan növbəti partiya "S-400"-ləri əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.