Dünya

ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər - Yaxın Şərqə

6 Dekabr 2019 09:44
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Müdafiə Nazirliyi bölgədə İranın fəaliyyətinə qarşısının alınması üçün Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əlavə qoşunların Yaxın Şərqə göndərilməsi Tehranın bölgədəki fəaliyyətindən artan təhlükə, həmçinin İrak ərazisinə raketlərin çatdırılması səbəbi ilə hava hücumundan müdafiəni gücləndirmək ehtiyacı ilə əlaqədar ola bilər.

Bildirilir ki, hazırda Pentaqonda Yaxın Şərqdə hansı əlavə hərbi imkanlara ehtiyac olduğu müzakirə edilir.

Qeyd edilir ki, ABŞ bölgədə öz iştirakını gücləndirmək üçün quru, hava və dəniz qüvvələrindən istifadə edə bilər. İlk mərhələdə bölgəyə 3-4 min hərbçinin göndəriləcəyi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.