Dünya

Nişan üzüyünü udan qadın öldü - FOTO

5 Dekabr 2019 09:51
5 Şərh     Baxış: 3 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərəli Lusi Anne Ruşton evləndiyi gündən bəri əri Şaun Dayson tərəfindən şiddətə məruz qalırdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qısqanc ər tez-tez 30 yaşlı qadını qısqanclıq səbəbilə döyür və işgəncə edirdi. Bir axşam Lusinin telefonuna gələn zəng onun həyatını məhv edir. Belə ki, Şaun zəng edənin kişi olması səbəbilə qadını azyaşlı qızının gözləri önündə döyməyə başlayır.

Lakin bununla ürəyi soyumayan ər onu nişan üzüyünü udmağa məcbur edir. Üzüyü udan qadının boğulmasına baxmayaraq, onu yerə yıxaraq vəhşicəsinə döyür. Qonşuların xəbər verməsi ilə hadisə yerinə gələn polis Şaunu həbs edir. Qadının həyatını isə qurtarmaq mümkün olmur.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.