Dünya

Yaponiya Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib

4 Dekabr 2019 09:46
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya parlamenti dekabrın 4-də ABŞ ilə ticarət müqaviləsini təsdiqləyib, ali palatanın iclası İnternetdə canlı yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yaponiyada razılaşma ABŞ-ın yapon avtomobil sənayesi məhsullarına rüsumu artırmamaq üçün öhdəliklərin sənəd üzərində yazılmaması səbəbindən müxaliflər tərəfindən tənqid olunub. Sənəddə yalnız tərəflərin "etimad münasibətlərinə söykənən razılaşma ruhuna zidd hərəkətlər etməyəcəkləri" deyilib.

Saziş kənd təsərrüfatı məhsulları və istehsal olunan malların ticarətində gömrük qaydalarını tənzimləyir. Xüsusilə, ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün bazar açması tələbinə cavab olaraq, Yaponiya donuz əti və mal əti rüsumlarını Trans-Sakit Okean Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutulmuş vergilərdən fərqli olmamaq şərti ilə azaldmaqa raziliq verib.

İkitərəfli ticarət sazişinə ehtiyac ABŞ prezidenti Trampın, Trans-Sakit Okean Tərəfdaşlığına qoşulmaqdan imtina etdiyindən sonra yaranıb.

Danışıqlar bu ilin aprel ayında başlayıb, son nəticə sentyabr ayında iki ölkə liderlərinin görüşündə əldə edilib.

Saziş yanvarın 1-dən qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.