Dünya

ABŞ avtomobil idxalına yeni rüsumların tətbiqini nəzərdən keçirir

4 Dekabr 2019 09:10
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın administrasiyası hələ də avtomobillərə idxal rüsumlarının tətbiq olunmasının mümkünlüyünü istisna etmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hal-hazırda müəyyən şirkətlərlə danışıqlar gedir.

May ayında ABŞ lideri Ticarət Departamentinə istinadla AB, Yaponiya və digər ölkələrdən maşın və ehtiyyat hissələrinin idxalının "ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını" demişdir.

Bununla əlaqədar prezident ticarət danışıqlarında ABŞ-ın nümayəndəsi Robert Laytxayzerə Brüssel ilə ticarət sazişi ilə bağlı məsləhətləşmələr aparmağı və 180 gün ərzində nəticələr barədə məlumat verməyi tapşırmışdı, lakin bu müddətdən bitdikdən sonra noyabrın ortalarında heç bir yeni rüsumların tətbiqinə aid elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.