Dünya

Zəlzələnin Albaniyaya vurduğu ziyan açıqlandı

3 Dekabr 2019 20:32
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniyanın Baş Naziri Edi Rama zəlzələnin ölkəyə vurduğu ziyanı açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hökumətin açıqlamasına əsasən, zəlzələ qurbanlarının sayı 51 nəfər olub. 5,5 min fərdi yaşayış evi, 28 məktəb, 146 müəssisə dağılıb. Daha çox ziyan dəyən şəhərlər Durres, Tirana və Lejadır.

Paytaxt Tiranada 15 elektrik yarımstansiyası, 2 tibb müəssisəsi, 149 kommersiya obyektinə ziyan dəyib.

3,2 min nəfər zəlzələ bölgəsindən təxliyyə olunub. Onlar otellərə, mərkəzlərə yerləşdiriliblər. 2,5 min nəfər isə qohumlarının və dostlarının evində sığınacaq tapıb.

Evsiz qalan vətəndaşlara 10 min yeni mənzilin tikiləcəyi vəd olunub.

Xatırladaq ki, noyabrın 26-da Albaniyada 6,4 bal gücündə zəlzələ olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.