Dünya

Pulla oğlanları öpüşdürən blogerə məhkəmədən ağır cəza - 17 il - VİDEO

3 Dekabr 2019 13:00
4 Şərh     Baxış: 2 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media fenomeni olaraq bilinən 'Gaga Bulut' ləqəbli Bulut Altuğ əxlaqsızlığı təbliğ etdiyi üçün həbs edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, oğlan uşaqlarına pul qarşılığında bir-birlərini öpdürərək çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

Görüntüləri izləyən bir çox sosial media istifadəçisi bu vəziyyətə sərt reaksiya verib. Bundan hərəkətə keçən İzmir Təhlükəsizlik Asayiş Şöbə Müdirliyi Altuğu 15 oktyabr 2018-cil tarixində həbs edib.

Polis videonu lentə alan Fatih Bilgehan Bektaşı da ələ keçirib. Araşdırmadan sonra ədliyyəyə sövq edilən Altuğ tutulub, Bektaş isə həbssiz mühakimə üzrə sərbəst buraxılıb.

Məhkəmədə prokuror işə xitam verilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, məhkəmə Bulut Altuğu 15 yaşdan kiçik 2 uşağı cinsi zorakılığa təşviq etdiyi üçün 16 il, cinsi istismarda əxlaqsız şəkilləri yaydığı üçün 1 il cəmi 17 il həbs cəzasına məhkum edib. Bundan əlavə ona 20 min türk lirəsi pul cəzası da kəsilib. Digər şübhəli Fatih Bilgehan Bektaş isə 8 il həbs cəzasına məhkum edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.