Dünya

Ana 3 yaşlı oğlunun əl-qolunu bağlayıb, evi yandırdı - FOTO

3 Dekabr 2019 12:28
1 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da, Kaliforniya ştatında ağlasığmaz hadisə yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ana 3 yaşlı övladını yatağa bağlayaraq evi yandırıb. O, daha sonra digər otağa keçərək özünü yatağa bağlanmış kimi səhnələşdirib.

Qadın uşaq qaça bilməsin deyə başının üstünə ağır əşya da qoyub.

Qonşuların ayıq-sayıqlığı nəticəsində onların hər ikisi xilas edilib. Tüstüdən zəhərlənən 47 yaşlı Maricela Magana Ruiz və 3 yaşlı oğlu xəstəxanaya çatdırılıb.

Onlar özünəgəldikdən sonra qadın saxlanılıb, azyaşlı isə uşaq evinə göndərilib.

Qadının psixoloji problemlərinin olduğu ehtimal edilir.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.