Dünya

ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırdılar

3 Dekabr 2019 09:22
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı senatorlar Lindsi Qrem (Cınubi Karolina ştatından respublikaçı) və Kris Van Hollen (Merilend ştatından demokrat) ABŞ administrasiyasını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, senatorlar bu barədə məktubu ABŞ dövlət katibi Maykl Pompeoya ünvanlayıblar.

Məktubda bildirilir: "Səbr etmə vaxtı çoxdan bitib. Qanunu işə salmaq vaxtı artıq gəlib. Əgər biz bunu etməzsək, bu, başqa ölkələr üçün dəhşətli siqnal olacaq ki, onlar da hər hansı bir nəticəsiz ABŞ-ın qanunlarının icrasından yayına bilərlər".

Qeyd edək ki, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması bu ölkənin Rusiyadan S-400 zenit-raket kompelikslərini alması ilə əlaqədar istənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.