Dünya

Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO

2 Dekabr 2019 19:39
2 Şərh     Baxış: 3 324

Ömrünün son günlərini yaşayan Çikaqo sakini bir sinifdə oxuduğu qızla ailə həyatı qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Xavyer Rodriqez Hipertrofik kardiomiopatiya - genetik ürək əzələsi xəstəliyindən əziyyət çəkir. Gənc 12 və 14 yaşlarında ürək köçürülməsi əməliyyatı keçirib.

X. Rodriqez sinif yoldaşı Cristal Kuevasla hələ məktəbli illərindən sevgili olublar. Cütlüyün qız övladı var. 

Xəstənin həkimi bildirib ki, X.Rodrigez son günlərini yaşayır. Son arzusu kimi X.Rodrigez sevgilisi ilə rəsmi nikaha daxil olmağı və məzar daşının üzərində "ər" kəlməsinin yazılmasını istəyib.

Nikah mərasimi Çikaqoda yerləşən tibb mərkəzlərinin birində baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aki 2 · 2 Dekabr 20:3210

    Allah xoşbəxt eləsin sizi

    Cavab yaz
  • Anonim
    Аварка · 2 Dekabr 20:5030

    Allah omur versin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.