Dünya

Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər

2 Dekabr 2019 12:32
3 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ural vilayətində parkda uşaq meyiti tapılıb.

Araşdırma nəticəsində uşağın yaşadığı evdə "Bibliya" və qamçı olduğu bəlli olub və valideynləri "dini zəmində" qətl törətməkdə şübhəli bilinərək nəzarətə götürülüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, atası "bədənindəki cini qovmaq üçün" uşağın ağzını bağlayaraq onu qamçı ilə döyüb.

Daha sonra onlar uşağı "diriltmək" üçün "İsanın tələbələri" dini sektasının başçısı, 48 yaşlı Zemfira Qaynullinaya müraciət ediblər.

İstintaq zamanı Zemfira bunun üçün iki gün vaxt sərf etdiyini deyib. Daha sonra onlar uşağın meyitini parkda basdırıblar.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.