Dünya

Kiyevdə deputata silahlı hücum edildi, 3 yaşlı uşağı öldürüldü - FOTO

2 Dekabr 2019 09:45
3 Şərh     Baxış: 3 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Lev Tolstoy və Tarasovskaya küçələrinin kəsişməsində baş verib.

"Range Rover" markalı maşına silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Vyaçeslav Sobolev 2015-ci ildə "Petr Poroşenko bloku" partiyasından Kiyev Vilayət Şurasının deputatı seçilib. O, həmçinin "Objora" restoranlar şəbəkəsinin təsisçisi və rəhbəridir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.