Dünya

Ərdoğan Avropa Komissiyasının yeni rəhbəri ilə telefon danışığı edib

2 Dekabr 2019 08:33
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının yeni təyin olunmuş sədri Ursula Fod der Lyayen arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı Avropa Komissiyasının rəhbərinin təşəbbüsü ilə keçirilib.

Telefon danışığı zamanı Türkiyənin Avropa İttifaqına daxil olması prosesi, tərəflər arasında 18 mart 2016-cı ildə Türkiyədəki suriyalı qaçqınların dəstəklənməsi ilə bağlı əldə olunmuş razılaşma müzakirə olunub.

Tərəflər Suriyanın şimalında Türkiyənin yaratdığı təhlükəsiz bölgəyə suriyalıların könüllü şəkildə qayıtmasını da müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.