Dünya

Bu şirkətdən qadın işçilərinə qarşı tərbiyəsizlik - FOTO

29 Noyabr 2019 13:24
1 Şərh     Baxış: 3 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada qurulan şirkətlərdən biri qadın işçilərinə qarşı hörmətsizlik edib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yaponiyanın Osaka şəhərində yerləşən "Daimaru Umeda" adlı şirkətin qadın işçilərinə qarşı münasibəti bütün dünyada qalmaqal yaradıb.

Belə ki, yeni qaydalara əsasən menstruasiya dönəmində olan qadınlar paltarlarının üzərinə bunu bildirən xüsusi nişan taxmalıdırlar.

Qadınlara qarşı bu münasibət birmənalı qarşılanmayıb. Nəinki, Yaponiya, hətta, digər ölkələrdəki qadınlar da buna etirazını bildiriblər.

Şirkət isə açıqlamasında bildirib ki, müştərinin həmin dönəmdən keçən qadınlarla daha nəzakətli davranması üçün bu addımı atıblar.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.