Dünya

Azərbaycanlını saxta qeydiyyata salan Rusiya vətəndaşı cərimələndi

28 Noyabr 2019 16:23
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya sakini qeydiyyatı olmayan azərbaycanlıları qanunsuz qeydiyyata aldığı üçün cərimə olunub. Voronej əyalətinin Liski Şəhər Məhkəməsi 31 yaşlı sakini 200 min rubl (5320 manat) cərimə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 16 nəfər qeydiyyatı olmayan əcnəbi vətəndaşı saxta qeydiyyata alıb.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda onun 2018-ci ilin iyunundan 2019-cu ilin aprelinə qədər Voznesenovka kəndindəki yaşayış olmayan evdə Azərbaycan, Özbəkistan və Tacikistandan olan 16 sakini saxta qeydiyyata aldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.