Dünya

Gürcüstan parlamentinin binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

28 Noyabr 2019 13:15
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan polisi paytaxt Tbilisidə parlamentin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əraziyə çox sayda polis əməkdaşı cəlb olunub. Parlament binasının girişlərinə aparan yollarda dəmir konstruksiyalardan sədd qurulub. Buna səbəb müxalifətin bu gün səhər saatlarından deputatların parlamentə girişinə maneə törədəcəkləri barədə xəbərdarlığı olub. Müxalifət və ictimai fəallar bu gün parlamentin girişlərini bloklamaq niyyətindədirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:00-da parlamentin komitə, 12:00-da isə plenar iclasları keçiriləcək. Etirazçılar deputatların qanunverici orqana daxil olmasına imkan verməyəcəklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.