Dünya

Türkiyədə məktəbdə kütləvi zəhərlənmə - 41 şagird qusur

27 Noyabr 2019 13:25
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Sakarya vilayətində kütləvi zəhərlənmə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə özəl məktəblərin birində qeydə alınıb.

Məlumata görə, 141 şagird qusma və qarın ağrısı şikayəti ilə müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hazırda 141 şagirddən 26 nəfərin müalicəsinin davam etdirildiyi qeyd edilir, digərləri evə buraxılıb.

Şagirdlərin qida və sudan zəhərləndiyi ehtimal edilir. Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.