Dünya

Türkiyədə maşın dayanacaqdakı azərbaycanlı tələbəni vurdu - FOTO

27 Noyabr 2019 12:04
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Biləcik şəhərində yüngül ticari avto vasitə ilə toqquşan avtomobilin sürücüsü idarəetməni itirərək avtobus gözləyən 10 tələbəni vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza axşam saatlarında Sakarya-Biləcik quru yolu Biləcik Şeyx Edebali Universitetinin qarşısındakı meydanda baş verib.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar dayanacaqda gözləyən azərbaycanlı tələbə Ülvi Məmmədov, avtomobildə olan Günəş Ç. (56 yaş), Nurhan Ç. (53 yaş) və Ayşənur T.-dir (22 yaş).

Yaralı şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar Biləcik Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.