Dünya

Ana övladlarına verilən müavinəti spirtli içkiyə xərclədi, uşaqlar kağız yedilər - DƏHŞƏTLİ HADİSƏ

26 Noyabr 2019 14:55
3 Şərh     Baxış: 2 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Dnepr şəhərində polis, aclıqdan ölməmək üçün kağız yeyən uşaqların həyatını xilas edib.

Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, Ukraynada iki uşağın aclığa dözməyərək kağız, saç yediyi məlub olub.
Polis tərəfindən xilas edilən Diana və Anya tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdiriliblər. Həkim uzun müddətdir ac qalan uşaqların səhhətində ciddi problem yarandığını bildirib.

Qonşuların dediyinə görə, spirtli içki aludəçisi olan ana və sevgilisi tez-tez mübahisə edirdilər. Ailəyə dövlət tərəfindən sosial yardım verilməsinə baxmayaraq təzminatın spirtli içkilərə xərclənildiyi aydın olub. Polis uşaqların həyatını təhlükəyə atdığı üçün ananın valideynlik hüququndan məhrum ediləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.