Dünya

Tbilisidə polis etirazçıları "suladı": 20 nəfər saxlanıldı

26 Noyabr 2019 10:09
0 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan polisi su şırnağı vasitəsilə Tbilisidə parlamentin qarşısındakı meydanda etiraz aksiyası keçirən insanları oradan çıxarır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" xəbər verib.

Xüsusi təyinatlı qüvvələr parlamentə aparan yolları avtobusla bağlayıb binanın bütün girişlərini boşaldıb. Etiraz aksiyasının 20 iştirakçısı saxlanılıb.

Hazırda meydanda onlarla mitinq iştirakçısı qalıb. Onlar etiraz aksiyasını davam etdirəcəklərini və parlament iclasının keçirilməsinə yol verməyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.