Dünya

Aksiyanın keçirildiyi küçədə şam edən Zurabişvili fitə basıldı

26 Noyabr 2019 08:43
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın "Dəyişdir" gənclər təşkilatının fəalları aksiya zamanı "Bia" restoranının çıxışında prezident Salome Zurabişvili ilə qarşılaşıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, restoranda şam edən prezident gözlənilmədən aksiyaçıların əhatəsinə düşüb. Zurabişvili "qul", "ayıbdır" şüarları ilə qarşılanıb və fitə basılıb.

Prezident fəalların suallarını cavablandırmaqdan imtina edib, jurnalistlərlə belə salamlaşmayıb. O, cangüdənlərin köməyi ilə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Zurabişvilinin şam etdiyi restoran hazırda müxalifətin aksiya keçirdiyi parlament binasının yaxınlığında yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.