Dünya

Qara dənizdə gəmi çevrildi: 14 min qoyun batdı - FOTO

25 Noyabr 2019 11:55
0 Şərh     Baxış: 1 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya sahilləri yaxınlığında göyərtəsində 14 min qoyun daşıyan "Queen Hind" gəmisi çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insanları və heyvanları xilas etmək üçün xüsusi əməliyyat hazırlandı.

Suriya vətəndaşı olan gəmi heyətinin 22 üzvünü xilas etmək mümkun olsa da, qoyunlardan yalnız bir neçəsi sağ qalıb.  

Gəmi Rumıniyanın Konstansa şəhərindən Səudiyyə Ərəbistanının Ciddə рortuna yollanıb. Limandan bir nec yüz metr aralandıqdan sonra çevrilib və yükü suya düşüb.

Hadisənin səbəbləri araşdırılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.