Dünya

Pakistanlı Wi-Fi şifrəsinə görə ata və oğulu öldürdü

24 Noyabr 2019 14:51
1 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Kəraçi şəhərində dəhşətli qətl hadisəsi baş verdi. Kasim adlı şəxs Wi-Fi şifrəsini oğurladığına görə qonşularını  öldürüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yerli medianın verdiyi məlumata görə, Kasım adlı şəxs ölkənin turizm məkanlarından biri olan Karaçi bölgəsində yaşadığı məhəllədə qonşuları ilə dalaşıb. Kasımin qonşusu və onun oğlu ilə mübahisə etməsinə səbəb isə internetlə bağlı olub. Belə ki, polad fabrikində işləyən Faruk və Karaçi Universitetində oxuyan oğlu Haris ilə mübahisədə edən Kasım qonşularının simsiz internet (Wi-Fi) şifrəsini oğurladıqlarını və limitini bitirdiklərini iddia edib.

Bu iddianı qəbul etməyən ata və oğlu Kasımın üzərinə hücuma keçməyə başlayıblar. Baş vermiş mübahisə qısa zamanda əlbəyaxa davaya dönüşüb. Nəticədə Kasım qonşusu və onun oğlunu ardıcıl bıçaq zərbələri ilə öldürərək, hadisə yerindən qaçıb.

Farukun yaxınlarının şikayətindən sonra yaxalanan Kasım qətli törətdiyini etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.