Suriyanın şimalında partlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 20-dən çox insan yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış noabrın 23-ü səhər Suriyanın şimalındakı Tel Abyad bölgəsində baş verib.
Partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Milli.Az