Dünya

Ukraynada məmur iti sürüdü, cinayət işi açıldı - VİDEO

23 Noyabr 2019 14:19
0 Şərh     Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada anasını dişləyən iti cəzalandıran məmura qarşı "heyvanlara qarşı qəddarlıq" maddəsi üzrə cinayət işi açılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident 17 noyabrda Xmelnitsk bölgəsinin Krasilovski rayonunun Kuzmin kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Xmelnitsk Regional Arxivinin direktoru Vladimir Baydiç iti anasını dişlədiyinə görə avtomobilinə bağlayaraq 1, 5 km yol boyü sürüyüb. İnsidenti xüsusi qüvvələrin əsgəri gördükdən sonra məmurun əməlinə son qoyub. O, ağır yaralanmış iti dərhal baytarlıq klinikasına aparıb. Hazırda o, həkimlərin nəzarəti altındadır.

Həmin itin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra heyvanları qoruma cəmiyyətlərinin müraciətindən sonra polis hərəkətə keçib.

Hadisəni törədən V. Baydiçi altı aydan üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.