Dünya

İraqda daha 3 etirazçı öldürülüb

22 Noyabr 2019 21:29
0 Şərh     Baxış: 323

İraqın təhlükəsizlik qüvvələri cümə günü Bəsrə şəhərtindəki əsas limanı bağlayan etirazçılara qarşı zorakılıq həyata keçirərkən 3 nəfər ölüb.

Təhlükəsizlik qüvvələrinin Bağdadın mərkəzi körpüsündə etirazçılara atəş açıb. İki nəfər güllə yarasından, bir nəfər isə qaz kanistri ilə başından aldığı xəsarət səsəbindən ölüb, azı 27 nəfər yaralanıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadın iki əsas körpüsü yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz və kanisterlərindən isitfadə edib, nəticədə 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda, ertirazçıların bazar ertəsindən bəri bağladığı Ümm-Qəsr limanına gedən yolu açıb. Lakin limandan alınan məlumata görə, gediş-gəliş bərpa olunmayıb.

Xəstəxanaların verdiyi məlumatlarda etirazçılardan bəzilərinin canlı güllələr, digərlərinin isə rezin güllələr və qaz kanistrləri ilə yaralandıqları bildirilib.

Oktyabrın 1-dən siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə qarşı başlayan etiraz aksiyalar zamanı 300-dən çox etirazçı ölüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.