Dünya

Benyamin Netanyahu rüşvət, fırıldaqçılıq, səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur

22 Noyabr 2019 21:24
1 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Benyamin Netanyahu rüşvət, fırıldaqçılıq, səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttham cümə günü axşam baş prokuror Avichai Mandelblit tərəfindən irəli sürülüb.

İddianamədə siyasi lütf müqabilində baş nazir və onun həyat yoldaşının 260 min dollar dəyərində zinət əşyaları, siqar, şampan və digər hədiyyələr aldığı iddia olunur. Həmçinin baş nazir müsbət xəbərlər yaymağının qarşılığında iki media şirkəti adından millət vəkillərinə və tənzimləyici orqanlara müdaxilə etməkdə də günahlandırlır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ittiham aktının əsas hissəsində bildirilir ki, Benyamin Netanyahu İsrailin Bezq telekommunikasiya şirkətinin 500 milyon dollar dəyərində tənzimləmələri həyata keçirməsi üçün rüşvət alıb.

Lakin bütün bu ittihamlara baxmayaraq, 70 yaşlı baş nazirin istefa verməyəcək.

İsraillin hüquq mütəxəssisi Oren Gazal-Ayal bildirib ki, "hökümətin əsas qanunlarına əsasən baş nazir yalnız son hökm verildikdən sonra istefa verməlidir. Biz indi yalnız ittiham aktından danışırıq, qanunun şərtlərinə əsasən baş nazir ittiham edilərkən və mühakimə olunarkən qanuni olaraq xidmətini davam etdirə bilər."

Baş prokuroroun mətbuat konfransından dərhal sonra baş nazir televiziya ilə çıxışə zamanı ittiham aktını "saxta ittiham"-larla dolu olan "çirkin təhqiqat" adlandırıb. Həmçinin bu ittiham aktınının özünə qarşı hazırlanmış "çevrilişə cəhd" olduğunu deyib.

İttiham aktını irəli sürən Avichai Mandelblit 5 il əvəl baş nazir tərəfindən təyin edilmişdi. Və əvvələr Netanyahunun müttəfiqi olaraq görülürdü.

"Bu, siyasət məsələsi deyil. Bu, hüquq-mühafizə orqanlarının işçiləri və şəxsən mənim üzərimdə olan bir borcdur" - deyə, baş prokuror bildirib.

Netanyahunun məhkəməsi aylarla sürə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.