Dünya

Tanınmış aktyor orqanlarını bağışladı - FOTO

22 Noyabr 2019 17:07
1 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış "Yeşilçam" aktyoru Əhməd Mekin maraqlı addım atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 87 yaşlı aktyor orqanlarını bağışlayıb.

Səhhətinin yaxşı olduğunu açıqlayan aktyor bu addımı atmaqla peşman olmadığını bildirib.

Aktyor orqanlarını Akdeniz Universitetinin Orqan Transplantasiya Mərkəzinə bağışlayıb. Hətta orqanların bağışlanması ilə bağlı sənədə qol çəkib.

"Öldükdən sonra başqa adamların sevinci və yaşamaq ümidi olduğunu bilmək çox dəyərlidir. Bu missiya müqəddəsdir. Oqran bağışlanması həyatı xilas edir. Ona görə də hər kəsi bu müqəddəs vəzifəni yerinə yetirməyə çağırıram.

Tez-tez mətbuatda sənət insanların belə bir addım atdığını oxuyuram. Türkiyədə və dünyada orqan gözləyənlərin sayı getdikcə artır. İnsan öldüyü zaman lazım bilinən orqanların başqa şəxslərin bədənində yaşamasını bilmək önəmlidir. Bu yöndə hər kəsin maarifləndirilməsi lazımdır", - deyə Əhməd Mekin qeyd edib.

Qeyd edək ki, 87 yaşlı aktyor kinoya addım atdığı 1956-ci ildən indiyədək təxminən 200 filmdə rol alıb. Əhməd Məkin "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin" və "Çiçək Abbas" filmləri ilə tanınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.