Dünya

Rusiyada kürd təşkilatı qapadıldı - Gözlənilməz qərar

22 Noyabr 2019 17:44
0 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya məhkəməsi PKK/YPG terror təşkilatının əlavəsi olan, özünü "Kürd qadın haqlarının müdafiəsi təşkilatı" kimi təqdim edilən "Beritan" təşkilatını siyasi fəaliyyət göstərdiyi səbəbindən qapadıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, belə bir qərarı Rusiyanın Adigey muxtar respublikasının məhkəməsi qəbul edib.

Qərarda göstərilir ki, təşkilat siyasi fəaliyyət göstərməsi səbəbindən qapadılır. Belə fəaliyyət Beritan təşkilatının özünün nizamnaməsinə və Rusiya qanunlarına ziddir.

Kürd qadınlarının hüquqlarının qoruyan bu qurumun təmsilçilərinin İraqdakı Kürdüstan Demokrat Partiyasının tədbirlərində aktiv iştiak və Türkiyəyə qarşı siyasi açıqlamalarla çıxış etməsi ilə tanınır.

Təşkilat 2015-ci ildə qurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.