Dünya

Kafedə hamilə qadına hücum etdilər

22 Noyabr 2019 17:39
1 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Sidney şəhərində Rəna Ələsmər adlı müsəlman qadın rəfiqələri ilə birlikdə kafedə oturarkən hücuma məruz qalıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, yerli polis orqanları 38 həftəlik hamilə qadına hücum edən şəxsin adının Stip Lozina olduğunu açıqlayıb. 

Sözügedən şəxs qadına yaxınlaşaraq, ona yumruq və təpiklə zərbə endirib. Aldığı zərbələr nəticəsində yerə yıxılan qadının köməyinə rəfiqələri və kafedəki digər müştərilər gəlib.

Ölkədə və sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olan hadisə bir çoxları tərəfindən "irqçilik" kimi qiymətləndirilib. Lozinanın hücum zamanı islam dini əleyhinə fikirlər səsləndirdiyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.