Dünya

Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi

22 Noyabr 2019 18:04
16 Şərh     Baxış: 6 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkün məhkəməsi olub.

Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mustafa Ərtürkün məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.

Mustafa Ərtürk ifadəsində Cəmilə Ərtürkü evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla danışıb.

Məhkəmədə son sözü soruşulan Mustafa Ərtürk istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.

Məhkəmə dekabrın 6-dək təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.