Dünya

İran ordusu hərəkətə keçdi - Bütün sistem və texnika ayaqda…

22 Noyabr 2019 15:09
4 Şərh     Baxış: 4 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Silahlı Qüvvələri Bəsrə körfəzi və Hörmüz boğazında hava məkanının təhlükəsizliyini gücləndirmək tədbirləri çərçivəsində təlimlərə başlayıb.

Milli.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Xəbərdə hərbi təlimlərin Bəsrə körfəzində yerləşən Simnan bölgəsində başladığı bildirilib.

416 min kvadrat kilometr sahəni əhatə edən manevrlərdə İran ordusu ölkənin hava məkanını ehtimal olunan xarici hücumlardan qorumağı məşq edəcək.

İran Hərbi Hava Qüvvələrinin komandanı Əli Rza Səbahifərd təlimlərə kəşfiyyat və müharibələrdə istifadə olunan bütün sistem və texnikaların cəlb olunduğunu açıqlayıb.

Təlimlərin İran və ABŞ arasındakı gərginliyin pik həddə olduğu və Vaşinqtonun 6 aydan sonra ilk dəfə Bəsrə körfəzinə döyüş gəmiləri göndərdiyi bir dönəmə təsadüf etməsi diqqət çəkib. İki gün əvvəl ABŞ-ın "USS Abraham Lincoln" döyüş gəmisi ilk dəfə körfəzə gəlib.

İran bu ilin iyun ayında Hörmüz boğazında hava məkanını pozmaq ittihamı ilə ABŞ-a məxsus "RQ-4 Global Hawk" tipli bir Pilotsuz Uçan Aparatı (PUA) vurmuşdu.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.