Dünya

Tramp müvəqqəti büdcəni imzaladı

22 Noyabr 2019 15:19
0 Şərh     Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni imzalayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.

2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun "şatdaun"a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.

"Şatdaunlar" zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.