Dünya

Lotereyada udduğu 13 milyon dolların hamısını əyləncəyə xərclədi, yoxsul gününə düşdü

22 Noyabr 2019 19:04
2 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı Maykl Kerrol 2002-ci ildə lotereyada milyonçu olanda özünü dünyanın ən xoşbəxt insanı sayırdı.

Zarafat deyildi, 9,7 milyon funt sterlinq (13 milyon dollara yaxın) qazanmışdı. İndi qadınlarla əylənmək, çoxlu içmək, hər cür əyləncəyə baş vurmaq olardı. Səhv düşüncə Kerrolun evini yıxıb.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, lotereyada udduğu 13 milyon dolların hamısını əyləncəyə xərcləyən Maykl yoxsul gününə düşüb. İndi o, məişət tullantılarının təmizlənməsi ilə məşğul olur. Keçmiş milyonçu mənzilin kirayəsini çətinliklə ödəyir. Onu hətta həyat yoldaşı da tərk edib.

Maykl yaşadıqlarına görə peşman deyil. Hərçənd, pulu bütün bəlaların səbəbi sayır. Kerrol bədbəxt olmadığını söyləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.