Dünya

Misirin sabiq birinci xanımı reanimasiyadadır

21 Noyabr 2019 21:34
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin keçmiş avtokrat prezidenti Hüsnü Mübarəkin oğullarından biri 78 yaşlı anası və keçmiş birinci xanımın xəstəxanada olduğunu bildirib.

Alaa Mübarək çərşənbə günü gecə tvitterdə anası Süzanna Mübarəkin reanimasiyada olduğunu bildirsə də, onun səhhəti barədə heç nə yazmayıb. O, onu izləyənlərə `İnşallah, hər şey yaxşı olacaq` - deyə, yazıb.

Hüsnü Mübarəkin 30 illik hakimiyyəti dövründə həyat yoldaşı Süzanna Mübarək əhəmiyyətli siyasi gücə malik olub və qadın cinsiyyət orqanında məhvedici əməliyyatların qarşısının alınması da daxil edilməklə, bir sıra layihələrə başçılıq edib.

91 yaşlı Misir prezidenti Hüsnü Mübarək 2011-ci ildə regionu bürüyən `Ərəb Baharı` hərəkatı zamanı devrilib. Bundan sonra ömürlük həbs cəzasına məhkum edilən Mübarək sonradan bəraət qazanıb və 2017-ci ildə həbsdən azad edilib.

Hüsnü Mübarəkin hər iki oğlu həm Alaa, həm də Camal korrupsiyada ittiham olunaraq, həbs cəzasına məhkum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.