Dünya

Pentaqon Cənubi Koreyadan qoşun çıxarmaq xəbərini təkzib edib

21 Noyabr 2019 21:33
0 Şərh     Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar cümə axşamı Şimali Koreyanın təcabvüzünə mane olmaq üçün Cənubi Koreyada yerləşdirdiyi 28 500 nəfərdən ibarət hərbi qüvvəsindən 4 minə qədərini çıxamaq barədəki xəbəri təkzib edib.

Tramp administrasiyası qüvvələrin xərcləri üçün Cənubi Koreyadan 5 milyard dollar tələb edir. Cənubi Koreya rəsmisi bu məbləğin hazırkı ödənişdən 5 qat artıq olduğunu deyib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Cənubi Koreyanın `Chosun Ilbo` qəzeti Vaşinqtondakı naməlum diplomatik mənbəyə istinadən Birləşmiş Ştatların yüksək səviyyəli rəsmilərinin Cənubi Koreyadan 3 mindən 4 minə qədər əsgəri geri çəkəcəyi barədə müzakirələr apardığını yazıb.

Məlumat Cənubi Koreya və ABŞ rəsmiləri çərşənbə axşamı keçirilməsi planlaşdırılan müzakirələri Seulun Amerika qüvvələrini saxlaması xərcləri səbəbi ilə baş tutmayan danışıqlardan 2 gün sonra yayılıb.

"`Chosun Ilbo`-nun dərc etdiyi məqalədə heç bir həqiqət yoxdur. ABŞ Müdafiə Nazirliyi hazırda Koreya yarımadasından qoşun çıxartmağı düşünmür" - deyə, Pentaqon sözçüsü Conatan Hoffman bildirib.

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper də Cənubi Koreyadan qoşun çıxarmaq planı barədə məlumatlı olmadığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.