Dünya

Rusiya Ukraynanın “unitaz oğurluğu” iddiasına münasibət bildirdi

21 Noyabr 2019 18:34
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko Rusiya tərəfindən qaytarılan Ukrayna gəmilərində unitazların yoxa çıxdığını bildirmişdi. 

Milli.Az oxu.az -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən məlumatda bildirilir ki, Ukrayna öz gəmilərini normal vəziyyətdə, bərpa edilmiş sanitariya texnikası ilə təhvil alıb. 

Qeyd edək ki, bu həftə Rusiya Ukraynanın Kerç boğazında ələ keçirdiyi gəmilərini geri qaytarıb. Rəsmi Moskva Ukrayna gəmilərinin saxlanılmasını ərazi sularını pozması ilə əsaslandırıb. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti xatırladıb ki, tərəflər arasında imzalanan təslimetmə aktı zamanı qarşı tərəf hər hansı iddia irəli sürməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.