Dünya

Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-basdır edib - FOTO

21 Noyabr 2019 10:14
0 Şərh     Baxış: 2 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızları tərəfindən qətlə yetirilən Mixail Xaçaturyan törətdiyi cinayətlərdən boyun qaçırmaq üçün dəfələrlə Rusiyanın baş prokurorun sabiq müavini Saak Karapetyana müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xaçaturyanın prokuror-həmyerlisi və Moskvanın Şimal-şərq adminisrativ dairəsinin prokuroru Anri Rizayev ilə yazışmaları üzə çıxıb.

Yazışmalarda öldürülən erməni avtoriteti həmsöhbətlərinə "qardaş" deyə müraciət edib, onlara təbrik və hədiyyələr ünvanlayıb.

Yazışmalardan məlum olur ki, S.Karapetyan kriminal həmyerlisini himayə edib və A.Rizayevin də Xaçaturyanın xahişlərini yerinə yetirməsini təkid edib.

Saak Karapetyan  2016-2018-ci illərdə Rusiya baş prokurorunun müavini vəzifəsində çalışıb. Ötən il o vertolyot qəzasında dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.