Dünya

ABŞ "Silahlara Nəzarət" razılaşmalarını imzalamayacaq

21 Noyabr 2019 07:35
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton maraqlarına xidmət etmədiyi təqdirdə heç bir silah nəzarətinə aid sazişi uzatmayacaq və ya imzalamayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Dövlət Katibi Mayk Pompeo NATO üzvləri - XİN-ri başçılarının Brüsseldəki görüşündən sonra keçən mətbuat konfransında bildirib.

M.Pompeo deyib: "Prezident [Donald] Tramp, heç vaxt ABŞ üçün əlverişsiz olan hər hansı bir silah nəzarət sazişini imzalanmasına və ya Amerika üçün artıq məna vermədiyi təqdirdə mövcud müqaviləni uzatmasına icazə verməz".

Onun sözlərinə görə, Strateji Silahların Azaldılması Müqaviləsinin (SSAM-3) uzadılması barədə danışarkən "dünyanın sürətlə dəyişdiyi, Çin Kommunist Partiyasından ABŞ-a təhdidin olduğu" başa düşülməlidi.

Dövlət Katibi bildirib: "Amerikanı qoruyan strateji bir quruluşun necə yaradılacağını müzakirə etdiyimiz zaman bu, yalnız Rusiya və ABŞ-ın tərəflər olduğu müqavilə ola bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.