Dünya

“Ehtiyatlı olun, qanlı plan hazırlanır” - Türkiyəyə qorxunc xəbərdarlıq

20 Noyabr 2019 20:59
2 Şərh     Baxış: 10 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İŞİD-in Türkiyəyə qaçan liderləri yeni terror aktları planlaşdırır".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İraq kəşfiyyatının keçmiş başçısı, general-leytenant Səd əl-Əllak deyib.

O, doqquz İŞİD lideri haqda məxfi dosyeləri Türkiyəyə verdiklərini bildirib:

"Bu dosyelərdə dünya miqyasında terror aktları törətmək üçün asanlıqla maliyyə mənbələri tapa bilən şəxslərin adları və onlar haqda məlumatlar var".

Keçmiş kəşfiyyat şefinin sözlərinə görə, hazırda Suriya və İraqdakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin qaçırılması üçün planlar hazırlanır:

"Bu terrorçular öz ölkələrinə qaça bilərlər. Onların Avropa, Asiya və Şimal-qərbi Afrika ölkələri üçün təhlükə yaradacağı labüddür".

Əl-Əllak Türkiyəyə qaçan İŞİD liderlərinin böyük maliyyə mənbələrinə çıxış yollarının olduğunu iddia edib.

O, həmin terrorçuların Türkiyənin Qaziantep bölgəsinə üz tutduğunu diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.