Dünya

Lavrov: "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb"

20 Noyabr 2019 20:54
1 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın şimalında silahlı kürd birləşmələrinin çəkilməsi prosesi demək olar ki, başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb. 

Çıxışı zamanı Lavrov Türkiyə ilə Rusiya arasında Suriya Demokratik Qüvvələrinin silahları ilə birlikdə Türkiyə-Suriya sərhədindən 30 kilometr uzaqlaşdırılmasına dair razılıq əldə olunduğunu xatırladıb və sözügedən razılaşmanın Suriya Prezidenti Bəşər Əsəd tərəfindən də təsdiqləndiyini qeyd edib. 

Onun sözlərinə görə, Rusiya tərəfi planın tezliklə reallaşdırılması məqsədilə kürd təmsilçiləri, o cümlədən Suriya Demokratik Qüvvələri ilə dialoq yaradıb. 

"Demək olar ki, silahlı şəxslərin geri çəkilməsi prosesi başa çatıb. Yalnız müəyyən rayonlar var ki, orada işi sona çatdırmaq lazımdır", - XİN rəhbəri söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.