Dünya

Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"

20 Noyabr 2019 23:06
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ NATO müttəfiqləri ilə münasibətlərini dəyişmək üçün addımlar atmalı olacaq. Vaşinqtonun onları qoruduğunu, onların isə bunun qarşılığında sadəcə pul ödəməli olduğunu bildirmək kifayət etmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. 

"İndiyə kimi Birləşmiş Ştatlar deyirdi: "Biz sizin üçün sovet təhlükəsindən çətir rolunu oynayırıq, siz isə bunun əvəzini ödəməlisiniz". Bu gün isə belə fikirlər o qədər də keçmir. İndi "biz sizi qoruyuruq - ödəyin" demək kifayət etmir. ABŞ-ın müdafiə kompleksini və iş yerlərini saxlamaq üçün niyə ödəniş etməlidilər? Onlar özlərininkini inkişaf etdirəcəklər. Elə indi məhz bu barədə danışırlar", - Putin qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.