Dünya

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

20 Noyabr 2019 13:56
0 Şərh     Baxış: 4 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Odişa ştatında ölmüş hesab edilən qadın gözünü cənazə tonqalında açıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün yemək yeməyən qadın huşunu itiribmiş. Qohumları və kəndin digər sakinləri onu ölmüş hesab edərək, kremasiya üçün qəbiristanlığa aparıblar.

Cənazə yandırılmağa hazırlaşarkən qadın özünə gəlməyə başlayıb. Qohumlardan biri bunu görüb və digərlərinə xəbərdarlıq edib.

Dəfn mərasimi yarımçıq qalıb və təcili yardım maşını çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib, lakin müalicə zamanı ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.