Dünya

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar

20 Noyabr 2019 09:15
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar və regiondakı tərəfdaşlara təqdim etməyə hazırdırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya XİN rəhbərinin müavini İqor Morqulov deyib.

İ.Morqulov bildirib: "Biz, demək olar ki, bu günlərdə bizim çinli dostlarımızla yenilənmiş versiyanı razılaşdırdıq. Biz bu yenilənmiş planın versiyasını bütün tərəfdaşlar arasında yaymağı planlaşdırırıq. Söhbət planın layihəsindən gedir".

XİN rəhbərinin müavini qeyd edib ki, plan hazırda Moskvada səfərdə olan Koreya Xalq Demokratik Respublikasının XİN rəhbərinin birinci müavininə təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.