Netanyahu ABŞ-ın yaşayış məntəqələrinə dair qərarını alqışlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin baş naziri Birləşmiş Ştatların İsrailin yaşayış məntəqələrinin beynəlxalq hüquqlara zidd olmadığını elan etməsini bayram etmək üçün çərşənbə axşamı İordan çayının Qərb Sahilinə gedib.
Benyamin Netanyahu Tramp administrasiyasının bu bəyanatını "böyük nailiyyət" adlandıraraq, onun "tarixi səhvi" düzəltdiyini bildirib. Bu son addım keçmiş prezident Barak Obamanın siyasətinin tam dəyişdirilməsi və ABŞ-ın 40 illik siyasətindən tam geri çəkilmək deməkdir.
"Fikrimcə, bu, İsrail dövləti üçün möhtəşəm gündür və nəsillər boyu davam edəcək bir nailiyyətdir," Netanyahu bildirib.
Tramp administrasiyası indiyədək Qüdsü İsrail paytaxtı kimi tanıyıb, İsrailin Qolan Təpəliklərini zəbtini tanıyıb və Vaşinqtondakı Fələstin diplomatik ofislərini qapadıb.
Netanyahu bunu çərşənbə axşamı tərəfdarlarının və Qüds yaxınlığında yerləşən Alon Şvut yaşayış məntəqəsinin liderlərinin toplaşdığı zaman deyib.
İsrailin sağçı liderləri ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasını alqışlayıb. Simvolik addım olsa da, bu, məskunlaşma tərəfdarlarının tikinti işlərinin artması və hətta İordan çayının Qərb Sahilindəki bəzi bölgələrin ilhaqı çağırışlarının güclənə biləcəyinə səbəb ola bilər.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İordan çayının Qərb Sahilinin gələcək dövlətlərinin bir hissəsi olduğunu iddia edən fələstinlilər bu qərarı qınayıb. Onlar və digər ölkələr belə bir addımın geniş sülh danışıqlarına mane olacağını bildirib.
Fələstinlilər deyir ki, məskunlaşmalar qeyri-qanunidir və Fələstin dövlətinin təşəkkül tapmasının qarşısını alır. İsrail bildirir ki, məntəqələrin taleyi danışıqlarda həll olunmalıdır.
Ərəb Liqası Tramp administrasiyasının qərarını sərt tənqid edib.
Liqanın baş katibi Əhməd Əbul Ğayt qərarın fələstinlilərə qarşı "daha çox zorakılığa və qəddarlığa" yol açağını və sülh səylərinə zərbə endirdiyini bildirib.
Tramp administrasiyası İsrailin xeyrinə bir neçə qərar qəbul edib. Bu sıraya Birləşmiş Ştatların Qüdsü İsrail paytaxtı kimi tanıması, İsrailin Qolan Təpəliklərini zəbtini tanıması və Fələstin diplomatik ofislərini Vaşinqtonda qapatması daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib
-
Kəmalə Günəşli: "Oğlumdan əl çəkin!"
-
ABŞ vizası ala bilməyənlərə pulsuz televizor verdilər - FOTO
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
-
Ağdaşda ildırım düşən yük avtomobili yandı
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Şir, Xərçəng və Qoç BÜRCləri üçün şanslı dövr başlayır
-
Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
İlon Mask tarixə düşdü
-
Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Azərbaycan Rusiyanı təbrik edib
-
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
-
Qara qızıl ucuzlaşdı
-
DÇ-2026: Cənubi Koreyadan Çexiyaya futbol dərsi
-
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
-
“Çukur”un aktyoru yeni serialda - FOTO





