Dünya

19 yaşlı qızı öldürən sevgilisi: Gördüm yaşayır, bıçaqla düz ürəyindən vurdum - FOTO

19 Noyabr 2019 17:55
1 Şərh     Baxış: 5 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İsparta vilayətində sevgilisi tərəfindən öldürülən tələbə Güleda Cankelin (19) qətlinin qan donduran detalları ortaya çıxıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, polislər tərəfindən saxlanılan Zafer P. (19) ifadəsi zamanı qətli necə törətdiyini etiraf edib.

Zafer P. Güleda Cankeli saat 11.00 radələrində öldürdüyünü deyib: "Boğazından tutub, yatağa uzatdım. Xırıldamağa başladı, səsi kəsildi. Yerdə şunur var idi, götürüb boğazına dolayıb sıxdım. Ürəyini yoxladım, yaşadığını görüncə mətbəxə qaçıb bıçağı götürdüm. Düz ürəyindən vurdum. Yarım saat sonra evdən çıxaraq anama zəng etdim. Cinayət törətdiyimi bildirdim. Sonra polis şöbəsinin yanına gedib, yarım saat gözlədim. Bu vaxta atam başda olmaqla digər qohumlarıma da zəng etdim. Mənə təslim olmağımı söylədilər. Mən də polis bölməsinə gəldim".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.